II DENTAL
CHARITY CONFERENCE
17 JUNE 2023
BAKU
Konfransa Qoşul we save lives
0 Ay
0 Gün
0 Saat

“Live Mentors” komandasının missiyası stomatologiyanın inkişafı üçün konfrans və seminarların təşkili və əldə edilən gəlirlərin xeyriyyə məqsədi üçün xərclənməsi ilə həyat xilas etməkdir. Bunun üçün də ölkə və dünya səviyyəsində tanınmış ən məşhur diş həkim və texniklərinin seminar və təlimlərini təşkil edirik. Məruzəçilərin könüllü iştirakı, təmmənnasız texniki dəstək verən şirkətin olması və digər sponsorlar sayəsində konfrans xərclərinin minimum olması bizə xeyriyyə məqsədli daha böyük gəlir əldə etmək imkanı yaradır. Konfransa qoşulmaqla həm ən yaxşı spikerləri dinləmiş olacaq, həm də bir həyat xilas etmiş olacaqsınız. Gəlin birlikdə həyat xilas edək!

haqqımızda
Rafael Paşayev Təsisçi
tədbirlər
Stomatoloji xeyriyyə konfransı ənənəmiz hər il davam edir.
report-img
I Stomatoloji Xeyriyyə Konfransı Funksional Estetika
12 İyun 2022, Bakı
report-img
II Stomatoloji Xeyriyyə Konfransı Okluzial Stomatologiya
17 iyun 2023, Bakı
report-img
Gadzhy Dazaevin seminarı Ortopedik müalicənin planlanması
18 iyun 2023, Bakı
Mentorlar
Stomatologiyanın peşəkarları bizimlədirlər.
mentor-img
Gadzhy Dazhaev
mentor-img
Orxan Əliyev
mentor-img
Rəsul Nəsrəddinov
mentor-img
Ariel Savion
mentor-img
Edris Rasta
Hesabat
Onların həyatının xilas edilməsi üçün bu yolda irəliləyirik.
mentor-img
Ağa Baxşıyev Xəstəliyinin müəyyənləşməsi üçün onu Türkiyəyə göndərdik. Həyatı üçün təhlükəli olan müəmma aradan qalxdı.
Əlizaman Qocayev Artıq kiçik dostumuz həyati təhlükəli iflic qorxulu moya-moya xəstəliyindən xilas olmuşdur.
Həsən Əbilzadə Sağlamlığına qovuşması üçün aldığımız tibbi aparat “pumpa şunt” sayəsində beyni üçün təhlükə aradan qalxacaq.
Rüqəyya Orucova Keçirilən cərrahi əməliyyatdan sonra körpə Rüqəyya da Uca Allahın izni ilə günəş işığını görəcək.

“Konfransa qatılıb həm biliklərimizi artırırıq, həm də kömək etmiş oluruq. Bu şəraiti yaratdığı üçün Rafael Paşayevə çox təşəkkür edirəm. Bu günkü konfransın bütün gəliri ehtiyacı olan insanlara gedəcək.”

Dr. Nigar Həsənova

“Çox gözəl təşəbbüs idi. Yüksək səviyyədə təşkilatçılıq və maraqlı leksiyalar. Bir sözlə 👍. Davamlı olsun! Zəhməti olan hər kəsdən Allah razı olsun!”

Dr. Elnur Ağaverdiyev

“Maraqlı, informativ və faydalı bir konfrans təşkil etdiyiniz üçün Sizə təşəkkürümü bildirirəm.”

Dr. Hüseyn Hüseynzadə

“Mükəmməl layihə! Rafael Paşayevə və əziyyəti olan bütün “Dayaq Xeyriyyə” əməkdaşlarına dərin təşəkkürümü bildirirəm.”

Elman Abdullayev

Bu gün “I Stomatoloji Xeyriyyə Konfransı”-ın iştirakçısı olduq. Hər şey gözəl idi. Təşkilat komitəsinə və onun rəhbəri Rafael Paşayevə minnətdarıq.

Dr.Cabbar Həsənov