9 yaşlı dostumuz Yusifin huşun pozulması, müxtəlif əzələ qruplarında qeyri-iradi hərəkətlər, tənəffüs çatışmazlığı kimi şikayətləri ilə ailəsi həkimə müraciət etmişdi.
Müvafiq müayinə və analizlərdən sonra Yusifə autoimmun ensefalt diaqnozu qoyulmuşdur. Həkimlər həyati təhlükənin yüksək olduğunu və sağlamlığına qovuşacağı təqdirdə sərbəst şəkildə hərəkət edə bilməsi üçün ən yaxşı halda bir il vaxt lazım olduğunu bildirdilər. Daha sonra Yusifə üçün uzunmüddətli dərman müalicəsi təyin olundu.
Diaqnoza əsasən təyin olunmuş müalicəyə uyğun olaraq “panzyga” və “mabthera” dərmanlarının alınmağına ailənin maddi durumu imkan vermədiyi üçün bizə müraciət etmişdir. Ailəsinin bizə müraciətindən sonra təyin olunmuş 48 qram (5 qutu) “panzyga” və 400 mq (4 qutu) “mabthera” dərman preparatlarının alınmağı üçün konfrans büdcəsindən 7,420.00 AZN, nəqliyyat xərci üçün isə 20.00 AZN vəsait ayrılmışdır.
13 İyul 2023-cü il tarixində həkim müayinəsinə əsasən yenidən 100 mq (1 qutu) “mabthera” dərmanının alınmağı üçün 540.00 AZN dəyərində vəsait ayrılmışdır. Ümumilikdə,”l Stomatoloji Xeyriyyə Konfransı”ndan toplanan vəsait hesabına Yusif Turabovun dərman müalicəsi üçün 7,980.00 AZN dəyərində yardım olunmuşdur.
Şükürlər olsun ki, Yusifin dərman müalicəsi uğurla baş tutdu və onun sağlamlığına qovuşmağı ehtimal edilən vaxtan daha qısa çəkdi. Artıq Yusif öz yaşıdları kimi dərslərinə və həyatına davam edir.
Xəstələndiyimiz zaman bizə şəfa verən Uca Rəbbimizə həmd olsun.