Uzun müddət maraqla gözlənilən Gadzhy Dazhaevin "Ortopedik müalicənin planlanması" adlı seminarı 18 iyun 2023-cü ildə "Caspident" şirkətinin baş sponsorluğu ilə “Marriott M club”da baş tutdu. Bu seminarda ölkənin tanınmış stomatoloq və diş texnikləri bir araya toplanmışdı.
İştirakçıların kursun kifayət qədər maraqlı və faydalı olduğunu bildirməsi bizi daha böyük işlər görməyə ruhlandırır. Xeyriyyə məqsədli bu cür seminarlarla həm də ölkə stomatologiyasının inkişafında qatqımızın olmasına görə sevincli və qürurluyuq. Bu yolda bizə dəstək olan, bizimlə addımlayan hər kəsə minnətdarlığımızı bildiririk.
Beləliklə, Uca Allahın iznilə, Live Mentors komandasının təşkilatçılığı ilə baş tutmuş “II Stomatoloji Xeyriyyə konfransı”ndan 90,324.07 AZN seminardan isə 16,971.40 AZN olmaqla xeyriyyə tədbirimizdən ümumilikdə 107,295.47 AZN gəlir əldə edilmişdir.
Allaha sonsuz şükürlər olsun ki, ehtiyaclı insanların düçar olduğu xəstəliklərdən qurtulması üçün və onların həyatlarının xilas edilməsi üçün çıxdığımız bu marafon müvəffəqiyyətlə başa çatmışdır. Vəd verildiyi kimi, toplanan məbləğin 100 %-i yalnız xeyriyyə məqsədilə xərcələnəcək və ənənəyə uyğun olaraq növbəti silsilə postlarımızda hesabatlılıq Sizinlə paylaşılacaqdır. “İman gətirib yaxşı işlər görənlər üçün Rəhman bir sevgi yaradacaq”. Quran 19/96